Apr 25, 2018 13:48 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri: Fəlsəfə və məntiqi elmlərə Qum və Tehran dini elmlər hövzələrində rəvac verilməlidir
    İslam İnqilabının Böyük Rəhbəri: Fəlsəfə və məntiqi elmlərə Qum və Tehran dini elmlər hövzələrində rəvac verilməlidir

İslam İnqilabının Böyük Rəhbəri mərhum Ağaəli Zunuzinin xatirəsinə həsr olunan Həkim Tehran konfransının təşkilatçıları ilə görüşdə buyurublar: Qum və Tehran dini elmlər hövzələrində fəlsəfə və məntiqi elmlərə rəvac verilməlidir.

İslam İnqilabının Böyük Rəhbərinin 23 aprel tarixində Həkim Tehran konfransının təşkilatçıları ilə görüşündəki bəyanatı bu gün səhər bu konfransda yayımlanıb.

Bu konfrans Tehranın cənubunda Əbdüləzim Həsəni pak hərəmində işə başlayıb və onun bağlanış mərasimi sabah Tehranın cənubunda Qum şəhərində keçiriləcək.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabından sonra dini elmlər hövzələrində məntiqi elmlərin inkişaf etdirilməsindən razılıq edərək tənqidi və yeniliyi elmin bu sahəsinin inkişafı və yüksəlişinə səbəb olduğunu bildirib və deyiblər: Mərhum Ağaəli Zunuzinin əsas xüsusiyyətlərindən məntiq elmlərində tənqidi və yeni sözün bəyanını misal göstərmək olar. Belə konfranslar sırr bir şəxsin xatirəsinə həsr olunmur. Əslində fikir və ideoloji cərəyanda inkişaf və irəliləyişdir.

Bəzi fəlsəfə alimlərini xatırlayan, onların şəxsiyyəti və rəylərinin elmi ictimaiyyətə tanıtdırılmasının vacibliyini vurğulayan, böyük şəxsiyyətlərin dərin fəlsəfi rəylərinin dərkolunası şəkildə ixtisarla tənzimlənməsinin əhəmiyyətini xatırladan İnqilab Rəhbəri buyurublar: Gənclərin məntiq elmlərinə dəvət olunması, dini elmlər hövzələrinin məntiq elmləri, xüsusilə də fəlsəfəyə diqqəti çox önəmlidir.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Dini elmlər hövzələrindən fəlsəfənin çıxarılması, aşağı səviyyəli şəxslərin bu elmi tədris və bəyan etməsi ilə nəticələnəcək. Buna görə, fəlsəfəyə bir zamanlar fəlsəfənin mərkəzi olan Qum və Tehran dini elmlər hövzələrində rəvac verilməlidir.

Həkim Müəssis kimi məşhurlaşmış Mərhum Ağaəli Tehrani islam fəlsəfəsi və hikmət sahəsində tanınmış elmi şəxsiyyətlərdən olmuşdur.

Teqlər