Apr 26, 2018 13:55 Asia/Baku
  • İnqilab Rəhbəri: İran Qurana əməl etməklə Amerikanın qarşısında dayanıb və tərəqqi edibdir

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran İslam Respublikası qırx ildir ki, zalım qüvvələrin zorakılıqları qarşısında dayanıb və bu quruluşu məhv etmək istəyən düşmənlərin istəklərinin əksinə olaraq, tərəqqi edib və bacarığı və qüdrəti günbəgün artıbdır.

Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər, İranda keçirilən 35-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları ilə görüşdə, İslam ümmətinin tərəqqisi və səadətinin yeganə yolunu Qurana əməl etmək adlandırıb və belə deyiblər: İslam ölkələri Qurana arxalanmamaq nəticəsində "zəlillik xəstəliyi"nə düçar olublar və Amerika prezidentinin tam həyasızlıqla "Əgər biz olmasaq, bəzi ərəb ölkələri hətta bir həftə belə, davam gətirməzlər" deməsi, elə bu xəstəliyin nəticəsidir.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Quran bizə deyir ki, möminlər bir-biriləri ilə vəhdətə və "vilayət bağlılığı"na malik olmalı və kafirlər cəbhəsi ilə heç bir bağlılığa və əlaqəyə malik olmamalıdırlar, amma təəssüflə, bu gün görürük ki, bəzi İslam ölkələri sionist rejimlə əlaqədədirlər və Quranın göstərişlərinə, bu əməletməmənin nəticəsi, regiondakı hazırkı savaş və cinayətlərdir.

O həzrət deyiblər: Yəmən xalqının şəraitinə baxın, görün ki, nə müsibətə düçar olubdur. Onların toyları yasa çevrilir və ya Əfqanıstan, Pakistan və Suriya xalqlarının vəziyyətləri... Bütün bu məsələlər ona görədir ki, möminlər arasında vilayət unudulub və Quranın təkidlərinə əməl edilmir.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Quran qiraəti və hifzi, ona əməlin müqəddiməsi olarsa, mütləq İslam dünyasının sabahı bu günündən daha yaxşı olacaq və daha Amerika İslam ölkələri və İslam ümməti üçün meydan oxuya və onları təhdid edə bilməyəcəkdir.