Apr 27, 2018 11:24 Asia/Baku
  • İranın BMT-dəki nümayəndəliyi: Sionist rejim Yaxın Şərqin sülhünü hədələyən əsas tərəfdir
    İranın BMT-dəki nümayəndəliyi: Sionist rejim Yaxın Şərqin sülhünü hədələyən əsas tərəfdir

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi cümə axşamı günü bir bəyanatda sionist və səudiyyə rejimləri nümayəndələrinin İran əleyyhinə ittihamlar səsləndirmələrini dünyanın ümumi fikrini bu iki rejimin cinayətlərindən yayındırmağa cəhd adlandırıb və bildirib: Sionistlər yaxın Şərqdə sülh və stabilliyi hədələyən əsas mənbədir.

Sionist rejim və Səudiyyə Ərəbistanı nümayəndələri cümə axşamı günü Yaxın Şərq və Qəzzədə dinc aksiyalarda sionistlərin fələstinliləri qırğın etmələri ilə bağlı Fələstinin məktubunun araşdırılması mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasından sui-istifadə edərək İrana əleyhinə çıxış edib və İslam Respublikası əleyhinə ittihamlar səsləndiriblər. 

İranın BMT-dəki nümayəndəsi əsassız ittihamlara reaksiyada bildirib: İranofobist və çaşqınlıq içərisində verilən açıqlamalar davamlı şəkildə bir sıra şəxslər tərəfindən təkrarlanır. Belə ki, öz işğalçılığı,qeyri-qanuni təcavüzü, "əla silahları" satmaq üçün xəyali düşməni yaratmağa ehtiyaclıdırlar. 

İran İslam Respublikası həmişə sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətləri, həmçinin Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünü pisləyir və fələstinlilər və yaəmənliləri dəstəkləyir. 

Sionist və səudiyyə rejimləri İran İslam Respublikasının bu prinsipial siyasətinə dözə bilmirlər. 

Ərəbistan və sionist rejim ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqlərindəndir. 

İran İslam Respublikası amerikalı-sionist-səudiyyəli mehvərin bölgədəki məkrli planları ilə mübarizədə əsaslı rola malikdir. 

 

Teqlər