May 15, 2018 19:58 Asia/Baku
  • "Yeni Üfüq" konfransı - Məşhəd

"Beytülmüqəddəs; Fələstinin əbədi paytaxtı" mövzusunda müqəddəs Məşhəd şəhərində keçirilən 6-cı beynəlxalq "Yeni Üfüq" konfransı öz işini başa vurub.

6-cı Beynəlxalq “Yeni Üfüq” konfransının ikinci günündə 8 ixtisaslaşdırılmış iclas təşkil edilib. Konfransın ikinci günü höccətülislam Pənahiyanın çıxışı ilə öz işini davam etdiri.

Höccətülislam Pənahiyan öz çıxışında böyük qüdrətlərin sədaqətsizliyindən söz açıb və deyib: “Böyük qüdrətlər daim insanlıq, məntiq və sədaqətdən uzaq olduqları üçün beynəlxalq öhdəliklərə əməl etməkdən də imtina edirlər.”

Bu beynəlxalq konfransda çıxış edən anti-sionist yəhudi ravvin Deyvid Veys isə sionist İsrail rejiminin sadəcə region üçün yox, bütün yəhudilər və dünya üçün təhdid olduğunu deyib: “İsrail yəhudilər və müsəlmanlar arasında təfriqə törətməyə çalışır. Bu fotoşəkillərdə də gördüyünüz kimi, sionistlər sadəcə müsəlmanlara deyil, onlara qarşı gələn yəhudilərə belə rəhm etmir, onları tam amansızlıqla repressiya edir və qətlə yetirməkdən belə çəkinmirlər.

MKİ-nin sabiq əməkdaşı olan Flip Cerardi də bu beynəlxalq konfransda çıxış edərək, Beytülmüqəddəsin min illərdir ki, Fələstinin paytaxtı olduğunu və bunun belə olaraq da qalacağını söyləyib: “Sadəcə region ölkələri deyil hətta, Amerika və Britaniyanın özündə belə Qüdsün Fələstinin paytaxtə pıdi\imi hamı bilir və qəbul edir. Bu danılmaz bir faktdır.”

ABŞ Müdafiə Nazirliyinin sabiq əməkdaşı Maykl Malof da İsrailin siyasi zəifliyinə görə ABŞ prezidentinin əxlaq normalarına sığmayan rəftarlarını himayə etdiyini deyib: “Netanyahu. Tramp və Məhəmməd bin Salman İranı təcrid etmək üçün birlikdə çalışırlar. Onların məqsədi İranı beynəlxalq təcritə məruz etməkdir. Buna görə də İran həqiqətlərini təhrif etməyə çalışırlar.”

6-cı beynəlxalq “Yeni Üfüq” konfransının katibi cənab Talibzadə də İsrailin Asiyanın qərbinə müdaxilələri, İran terrorizmin qurbanı, Qurana əsasən İsrailin məhvi, İsrail təhlükəsizliyinin süqutu və Trampın ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarının konfransın ikinci gününün ən mühüm mövzuları adlandırıb.

 

Teqlər