May 20, 2018 14:33 Asia/Baku
  • 18 iyul; ilk iranlı zəvvar qrupunun həccə göndərilməsi günü
    18 iyul; ilk iranlı zəvvar qrupunun həccə göndərilməsi günü

İranın Həcc və Ziyarət Təşkilatının sədri bu il üçün həccə göndəriləcək iranlı hacıların ilk qrupunun 18 iyunda həccə göndəriləcəyini bildirib.

İRİB-in verdiyi məlumata görə, İranın Həcc və Ziyarət Təşkilatının sədri Həmid Məhəmmədi deyib: Bu il 43 min zəvvar ilk dəfədir ki həcc ziyarətinə gedir. Hacıların Mədinəyə göndərilməsi avqustun 10-dək davam edəcək. 

Məhəmmədi deyib: İlk səfəri olan hacılar birbaşa Mədinəyə gedir və 6 gündən sonra Məkkəyə göndərilir və Şəcərə məscidində ehram paltarı geyinirlər. 

Məhəmmədi deyib: İlk səfəri olmayan hacılar isə Məkkəyə gedir və həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə yollnır. 

Son məlumata görə bu ilki həcc mərasimində 85 min 200 iranlı zəvvar iştirak edəcək. 

Teqlər