May 25, 2018 10:10 Asia/Baku
  • İran İslam Respublikası prezidenti Həsən Ruhani
    İran İslam Respublikası prezidenti Həsən Ruhani

İran İslam Respublikası prezidenti bir millət üçün izzət, əzəmət və heysiyyətin hər şeydən üstün olduğunu deyib: "Əgər varlı və sayca çox olan bir xalq olsaq, amma, bir super-güc qarşısında zəlil olsaq, heç nə əldə edə bilmərik."

Həsən Ruhani cümə axşamı Xorrəmşəhrin azad edilməsinin ildönümü günündə, 24 mayda Tehranda keçirilən "Xorrəmşəhrin fəthi" əməliyyatında şəhid olanların xatirəsinə həsr olunmuş anım mərasimində ABŞ prezidentinin Ərəbistanı "sağmal inək" adlandırmasına və onu "sağmaq" lazım gəldiyini deməsinə işarə edərək, deyib: Varlı olmaq və gözəl yaşamaq bir xalq üçün dəyərlidir. Amma, şərəf və ləyaqət bundan daha üstündür. 

Ruhani əlavə edib: Qəhrəman övladları vətəni müdafiə etməsəydi, bu gün ölkənin taleyinin necə olacağını təsəvvür etmək olmazdı. Ötən illərdə bir qrup terrorçunun İraq və Suriyada insanların canı, malı və namusu ilə necə rəftar etdiklərini gördünüz. Bu gün İran xalqı dünyada böyük və izzət sahibi olan bir xalqdır. Çünki, düşmən qarşısında Allaha, peyğəmbərə və imamlara söykənərək, tək başına dayanıb, özünü müdafiə edib. 

İran prezidenti 8 illik müharibə dövründə Xorrəmşəhrin azad edilməsi qədər İran xalqını sevindirən ikinci hadisənin olmadığını xatırladıb və deyib: 24 mayın müraciəti İranın məğlubedilməzliyidir. 

Dünən 24 may Xorrəmşəhrin azad edilməsinin (24 may 1982-ci il) ildönümü günü idi. 

Teqlər