May 25, 2018 14:06 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi: İranın inkişafı Amerikalıları əsəbiləşdirib
    Tehranın müvəqqəti imam cüməsi: İranın inkişafı Amerikalıları əsəbiləşdirib

Tehranın müvəqqəti imam cüməsi İranın inkişafının amerikalıları əsəbiləşdirdiyini söyləyib və deyib: ABŞ rəsmiləri öz əsəbiliklərindən öləcəklər.

Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani bu gün Tehranın cümə namazı xütbələrində düşmənin və onun fitnələrinin aşkar edilməsinə təkid edərək, deyib: ABŞ prezidenti Donald Trampın nüvə anlaşması qarşısındakı rəftarı bu ölkə başçılarının İslam ilə problemə malik olduqlarını və İslam ictimaiyyətinə zərbə vurmaq ardınca olduğunu sübut etdi.

Ayətullah İmami Kaşani düşmənlərin İslam Ümmətinin daim iqtisadiyyat və təhlükəsizlik məsələlərində çətinliyə malik olmasını istədiklərini deyərək, əlavə edib: Düşmənlər İslamın inkişaf, güc və izzət gətirdiyini bildikləri üçün davamlı olaraq bu ilahi dinə zərbə vurmağa çalışırlar.

Tehranın müvəqqəti imam cüməsi Allaha iman, müqavimət, dözümlülük, yerli imkanlardan faydalanmaq və gənc təcrübəli kadrlardan istifadə etməyi düşmənin fitnələri ilə mübarizənin yeganə yolu adlandırıb.

Ayətullah İmami Kaşani əlavə edib: Gələcək İslam Ümmətinə aiddir və düşmənlər məhv olacaqlar.