İyun 11, 2018 11:09 Asia/Baku
  • Zərif: Şanxay iclasında ƏMTP-nin icrasına təkid edildi
    Zərif: Şanxay iclasında ƏMTP-nin icrasına təkid edildi

İran İslam Respublikasının xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının Əhatəli Müştərək Təşəbbüs Proqramını dəstəklədiyini bildirərək deyib: İclasda İranın ƏMTP-nin iqtisadi üstünlüklərindən istifadə etməsinə və razılaşmanı imzalayan Rusiya, Çin və Avropa ölkələrinin öz öhdəliklərini yerinə yetirmələrinə təkid edildi.

Məhəmməd Cavad Zərif dünən axşam İİR prezidenti Həsən Ruhaninin Çinə səfərinin kənarında İRNA-ya verdiyi müsahibədə deyib: Bu səfərdə İİR-nin mövqeyi Ruhani tərəfindən açıqlanaraq həm də ƏMTP beynəlxalq bir razılaşma olaraq dəstəkləndi. 

Zərif deyib: Bu səfərdə İİR prezidentinin ƏMTP-nin tərəfləri olan Rusiya və Çin prezidentləri ilə danışıqlar aparmasına imkan yarandı və danışıqlarda Amerikanın ƏMTP-dən çıxmasını nəzərə alaraq əməkdaşlıqların davam etməsi, nüvə sazişinə dəstək və tərəflərin üzərinə düşən öhdəliklərin icrası tərzi barədə söhbətlər getdi. 

İİR prezidenti və onu müşayiət edən heyət dünən gecə Çinin Cinq Dao şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammit iclasında iştirakdan sonra Çini Tehrana doğru tərk edib. 

Şanxay Əməkdaşlıq Təşkilatının 18-ci sammit iclası bu təşkilata üzv və nəzarətçi ölkələrin rəhbərlərinin iştirakı ilə 9-10 iyunda Çinin Cinq Dao şəhərində keçirildi. 

Sözü gedən təşkilat 2001-ci ildə təsis edilib və onun daimi üzvləri Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Pakistandan ibarətdirlər. 

Əfqanıstan, Belarus, İran İslam Respublikası və Monqolistan isə Şanxay Əməkdaşlıq Təşkilatının nəzarətçi üzvlərini təşkil edirlər. 

 

Teqlər