İyun 11, 2018 16:57 Asia/Baku
  • General Süleymani: Livan Hizbullahı müqavimət dövlətinə çevrilib
    General Süleymani: Livan Hizbullahı müqavimət dövlətinə çevrilib

İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı deyib: Səudiyyə Ərəbistanı qısa müddətdə Livandakı palament seçkilərinə 200 milyon dollar xərclədi amma Livan Hizbullahı qalib gəldi.

Livanda parlament seçkiləri mayın 6-da keçirildi və müqavimət mehvəri 128 yerdən 67-ni qazanaraq seçkilərin qalibi oldu.

İSNA-nın verdiyi məlumata görə, General-polkovnik Qasım Süleymani Livandakı son seçkilər barədə çıxışında bu seçkiləri referendum adlandırıb və deyib: Livanda palament seçkiləri bəziləri Hizbullahı Suriya, Livan, İraq, Yəmən və region işlərinə müdaxilədə itiham etdikləri bir şəraitdə keçirildi amma bu seçkilərdə paytaxt Beyrutda Hizbullahın təqdim etdiyi siyahi əksəriyyə səsləri qazandı. 

Sepahın Qüds qüvvələrinin komandanı deyib: Fars körfəzi əməkdaşlıq şurası, Səudiyyə başçıları və bəzi nadan ölkələr ərəb dünyasını müdafiədə və ərəblərin ən əsas düşmənlərini məğlub etməkdə regionun ən iftixarlı islami cərəyanını terrorçu qruplar siyahısına aldılar. 

General Süleymani həmçinin Livan Hizbullahının bir partiyadan müqavimət dövlətinə çevrilmiş olduğunu bildirərək deyib: Ali-Səud rejiminin xəbis hərəkətlərinə baxmayaraq Hizbullah ilk dəfə olaraq Livan parlament seçkilərində yerlərin əksəriyyətini yiyələndi və müqavimət partiyasından müqavimət hökumətinə çevrildi və bu böyük bir qələbədir. 

Teqlər