İyun 14, 2018 13:33 Asia/Baku
  • İran silahlı qüvvələrinin baş sözçüsü: Ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət İİR-in qəti siyasətidir

İran silahlı qüvvələrinin baş sözçüsü İran İslam Respublikasının qəti siyasətini ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət adlandırıb.

General-mayor pasdar Əbulfəzl Şekarçi bu gün Türkiyənin bir yüksək vəzifəli rəsmisinin İranın bu ölkənin İraqın şimalında PKK-ya qarşı hərbi addımlarını himayə etməsinə dair iddiasının ardınca bu fikrin qeyri-dəqiq olduğunu bildirərək, əlavə edib: İran İslam Respublikası hər cür anti-terror hərəkətini himayə etsə də terrorizmlə mübarizə bəhanəsilə üçüncü bir ölkənin mövcud və qanuni hökumətinin icazəsi olmadan onun sərhədlərinin daxilinə qoşun yeritməyi qanunsuz hesab edir.

İran silahlı qüvvələrinin baş sözçüsü söyləyib: İran İslam Respublikasının özü ötən qırx ildə terrorizmin qurbanlarından biri olub, amma heç vaxt terror qruplaşmaları ilə qarşılaşmaq üçün bir ölkənin suverenliyini pozan addımlara dəstək verməyəcəkdir.

Teqlər