İyul 05, 2018 20:27 Asia/Baku
  • İranın OPEK-dəki nümayəndəsi: Trampın twitləri neftin qiymətini bir daha bahalaşdırmamalıdr

İranın Neft İxrac Edən Ölkələr Təşkilatı OPEK-in heyətindəki nümayəndəsi ABŞ prezidentinin yeni twitinə reaksiyada deyib: Trampın zəhərli və davamlı twitləri ilə xam neftin dünya bazarındakı qiymətləri 10 dollar bahalaşıb.

İRNA-nın məlumatına görə, İranın OPEK-in heyətindəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili ABŞ prezidentinin yeni twitinə reaksiyada Donald Trampa xitabən deyib: Sizin zəhərli və davamlı twitləriniz xam neftin dünya bazarındakı qiymətlərini 10 dollar artırıb; Bu prosesə son qoyun, belə olmadığı halda xam neftin qiyməti daha da artacaq. 

Kazımpur Ərdəbili deyib: OPEK ötən 30 ildə xam neftin dünya bazarındakı qiymətinin təyin olunmasında müdaxilə etməyib. Maliyyə bazarları və regional qütblər xam neftin növlərinə qiymət təsirləri göstərirlər. 

İranın OPEK-dəki nümayəndəsi bildirib: ABŞ OPEK-in böyük istehsalçıları və təsisçilərinə sanksiya tətbiq edir və eyni zamanda onlardan xam neftin qiymətini ucuzlaşdırmalarını istəyir!

ABŞ prezidenti Donald Tramp son twitində yenə də neftin qiymətinin bahalaşmasında OPEK-in məsuliyyət daşıdığını bildirib və bu təşkilatın neftin qiymətini ucuzlaşdırmasını istəyib. 

Teqlər