İyul 06, 2018 19:40 Asia/Baku
  • Zərif: Vyana iclasında İran xalqının mənafeyinin təmin olunmasına təkid edildi
    Zərif: Vyana iclasında İran xalqının mənafeyinin təmin olunmasına təkid edildi

İran İslam Respublikasının xarici işlər naziri Hərtərəfli Birgə Əməkdaşlıq Planında qalan ölkələrin xarici işlər nazirlərinin birgə komissiyasının Vyanada baş tutan iclasının sonunda deyib: İran xalqının mənfəətləri nüvə anlaşması çərçivəsində təmin olunmalıdır və anlaşmada qalan ölkələr bu məsələyə təkid ediblər.

Məhəmməd Cavad Zərif cümə günü jurnalistlər qarşısında deyib: İclas son dərəcə ciddi və konstruktiv olub. ABŞ-ın nüvə anlaşmasından çıxdığı ötən iki ayda İranın iqtisadi mənfəətlərinin təmini istiqamətində bir çox addımlar atılıb.

Zərif həmçinin deyib: İran nüvə anlaşmasının digər üzvlərinin istəyi əsasında ABŞ-ın ciddi qanun pozuntusu qarşısındakı addımını, İranın mənfəətlərinin təmin olunacağından əmin olmaq üçün təxirə salıb.

İranın xarici işlər nazirinin dediyinə görə, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən qiraət olunan Vyana iclasının yekun bəyanatında nüvə anlaşmasının digər üzvləri neft satışının davam etməsi, bank əməkdaşlıqları, nəqliyyat və yüklərin daşınması, ticarət və sərmayə qoyuluşu kimi məsələlərə təkid ediblər. 

Zərif həmçinin, İran prezidentinin avropalıların İrana təqdim etdikləri təşviqat paketinin məyusedici olmasına dair sözlərini iclas iştirakçılarının diqqətinə çatdırıb və deyib: İndiyə kimi ABŞ-ın nüvə anlaşmasından çıxması məsələsi öz həllini tapmayıb və bu məsələ hələ də qüvvədə qalmaqdadır. Buna görə də, İran öz maraqlarını təmin etmək üçün lazımi addımların atılmasını öz haqqı hesab edir.

İranın xarici işlər naziri sonda deyib: İlk dəfə olaraq nüvə anlaşmasında qalan bütün ölkələr xarici işlər nazirləri səviyyəsində ABŞ-ın addımları qarşısında dayanmağın vacibliyini vurğuladılar. Amma, bunun əməldə necə olacağını zaman göstərəcək.

ABŞ-ın Hərtərəfli Birgə Əməkdaşlıq Planından çıxmasından sonra birgə komissiyanın xarici nazirlər səviyyəsində ilk iclası bu gün Vyanada İran və nüvə anlaşmasında qalan digər 5 ölkənin xarici işlər nazirlərinin habelə, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerininin iştirakı ilə baş tutub.

Federika Moqerini iclasın başa çatmasındansonra jurnalistlər qarşısında deyib: Tərəflər müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər və bütün tərəflər nüvə anlaşmasını xilas etmək üçün çarə ardıncadır.

Teqlər