İyul 15, 2018 16:32 Asia/Baku
  • İranlı hacıların xidmətçilərindən ibarət ilk qrup Mədinə şəhərinə daxil olub
    İranlı hacıların xidmətçilərindən ibarət ilk qrup Mədinə şəhərinə daxil olub

İranlı hacıların xidmətçilərindən ibarət ilk qrup zəvvarların səfərinə hazırlıq işlərini görümək üçün Mədinə şəhərinə daxil olub.

Bu il 85200 iranlı zəvvar həcc mərasimində iştirak etmək üçün Ərəbistana səfər edəcək və ilk iranlı zəvvar qrupu 18 iyulda Ərəbistana səfər edəcək. Zəvvarların həcc səfəri 15 avqusta kimi davam edəcək.

Həcc zəvvarlarından bir qrupu hacılara xidmət etmək və hazırlıq işləri görmək üçün Ərəbistana səfər edirlər. Onlar, zəvvarların səfərindən bir müddət öncə Ərəbistana səfər edərək, hazırlıq işlərini həyata keçirirlər.

Həmçinin, İranın həcc və ziyarət təşkilatının bir qrup həkimi digər qruplardan öncə Ərəbistana səfər edəcək. Həmçinin, İranın həcc və ziyarət təşkilatının iranlı zəvvarlar üçün nəzərdə tutduğu dərman preparatları da ötən həftə Ərəbistana köçürülüb.

Teqlər