Avq 12, 2018 13:42 Asia/Baku
  • İranın Ərak reaktoru yenidən qurulur
    İranın Ərak reaktoru yenidən qurulur

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Çini və Britaniyanın əməkdaşlığı ilə Ərak reaktorunun yenidən bərpası əməliyyatı davam edir və Amerikanın nüvə sazişindən çıxması bu reaktorun yenidən qurulması prossesini dayandırmayıb.

İRİB-in verdiyi məlumata görə, Behruz Kəmalvəndi deyib: Nüvə sazişinə görə, Çin və Amerika Ərak reaktorunu bərpa etməli idilər. Amerikanın sazişdən çıxmasından sonra reaktorun bərpa əməliyyatı Çin və Britaniyanın Amerikanı əvəz etməyə dair israrları nəzərə alınaraq onlarla birlikdə davam etdirildi. 

Kəmalvəndi islam inqilabının böyük rəhbərinin İranın nüvə qabiliyyətinin artması barədəki göstərişinə toxunaraq deyib: İranın Atom Enerjisi Təşkilatı 190 min su həddinə çatmaq üçün bütün imkanlarını səfərbər edib. 

Teqlər