Avq 16, 2018 14:59 Asia/Baku
  • Zərif: Xəzər dənizinin hüquqi statusu konvensiyası dostluğa xidmət edir

İran İslam Respublikası xarici işlər naziri deyib: Xəzər dənizinin hüquqi statusu konvensiyası İranın ərazi bütövlüyünü qoruyur, üstəlik bu dənizdə qonşularla dostluq münasibətlərinin qurulması və davam etməsinə şərait yaradır.

Məhəmməd Cavad Zərif çərşənbə gecə İranın 2-ci televiziyasının Xüsusi Dialoq proqramında Xəzər dənizinin başlanğıc xətti haqda müzakirələrin üç-dörd ay sonra başlanmasının qərara alındığını bildirərək deyib: Xəzəryanı ölkələrin dövlət başçıları Qazaxıstan sammitində bu dənizin başlanğıc xətti haqda razılığa gəlmədilər; Yalnız Rusiya və Qazaxıstan arasında dənizin dibi üçün razılıq olundu, bu da 20 il öncəyə aiddir.

İran xarici işlər naziri öz sözlərinin başqa bir hissəsində ABŞ prezidenti Donald Trampın Hərtərəbli Birgə Fəaliyyət Planı haqda zəif mövqedə durduğunu bildirərək deyib: Avropalılar nüvə sazişinin qorunması üçün aktiv olmalıdırlar.

İran xarici işlər naziri avropalıların ABŞ qarşısında müqavimət göstərməli olduqlarını deyərək bildirib: Avropalıların nüvə sazişinin qorunması qarşısındakı səyləri müsbətdir, lakin yetərli deyil.

İran xarici işlər naziri bildirib: Avropalılar ABŞ-ın sanksiyaları qarşısında öz şirkətlərini dəstəkləməli və lazımi vəsaitlər ayıraraq addımları praktikiləşdirməlidirlər.

İran xarici işlər naziri ABŞ-ın iqtisadi təzyiqlərinin müvəqqəti olduğunu deyərək bildirib: Bu təzyiqlər qarşısında İranda hamı birləşməlidir.

Teqlər