Avq 17, 2018 13:27 Asia/Baku
  • Anti terror əməliyyatda 4 iranlı sərhəd qüvvəsi yaralanıb
    Anti terror əməliyyatda 4 iranlı sərhəd qüvvəsi yaralanıb

İranın qərbində Kürdüstan icra başçısının siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini deyib: İranın sərhəd qüvvələri ilə əks-inqilabçı terrorçu qruplaşmalar arasında Bane sərhəd bölgəsində baş verən toqquşmalarda 4 sərhəd qüvvəsi yaralanıb.

Hüseyn Xoş İqbal bu gün deyib: İranın yaralanan sərhəd qüvvələri dərhal xəstəxanaya yerləşdirilib və müalicə başlandıqdan sonra durumları yaxşılaşmaqdadır. 

Xoş İqbal deyib: İranın sərhəd qüvvələrinin patrul-müşahidə avtomobili sərhəd Bane bölgəsində əks-inqilabçı qruplaşmaların pusqusuna düşdükdə toqquşmalar baş verib. 

İranın Kürdüstan ostanının yerli rəsmisi əks-inqilabçı terrorçu qrupların toqquşmalardan sonra dərhal ərazini tərk etdiklərini bildirərək deyib: Hal-hazırda ərazi İran hərbçiləri və sərhəd qüvvələrinin nəzarətindədir və bu hücumun təfərrüatı araşdırılmaqdadır. 

Bane sərhəd rayonu Kürdüstan ostanının mərkəzi Sənəndəc şəhərindən 270 km aralıda yerləşir. 

Teqlər