Sen 02, 2018 15:39 Asia/Baku
  • Qasimi: Avropa konkret təkliflər təqdim etsin
    Qasimi: Avropa konkret təkliflər təqdim etsin

İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Nüvə sazişinin avropalı tərəfləri icra təzminatı olan konkret təkliflər təqdim etsinlər.

Bəhram Qasimi bu gün İranın nüvə sazişi ilə əlaqədar Avropa Birliyi ilə müzakirələrinin son durumu barədə deyib: Tehran nüvə sazişinin qərbdəki ortaqlarından icra təzminatı olan  konkret təkliflər gözləyir. 

İranın diplomatiya aparatının sözçüsü İran və Avropa arasında müzakirələrin davam etdiyini bildirərək deyib: İndiyədək Avropanın təklifləri kifayət etməyib və İran hələ lazımı və konkret təzminatlar və öhdəkiləri almayıb.

Teqlər