Sen 08, 2018 13:29 Asia/Baku
  • General-mayor Hatəmi: ABŞ beynəlxalq quruluşu xaosa sürükləyib

İran İslam Respublikasının müdafiə naziri ABŞ-ın beynəlxalq quruluşu xaosa sürüklədiyini deyərək, Vaşinqtonun öz məqsədlərinə çatmaq üçün terrorçular da daxil olmaqla istənilən vasitədən istifadə etdiyini bildirib.

İRNA-nın məlumatına görə, İranın müdafiə naziri general-mayor Əmir Hatəmi şənbə günü Pekində Çinin Mərkəzi Hərbi Komitəsinin rəis müavini Janq Youşiya ilə görüşdə deyib: Beynəlxalq qaydaları pozmaq, ticarət savaşı, beynəlxalq müqavilələrə laqeyid yanaşmaq, Paris iqlim anlaşması və İran ilə nüvə razılaşması kimi beynəlxalq anlaşmalardan çıxmaq ABŞ-ın beynəlxalq sülh və təhlükəsizlik əleyhinə atdığı addımlardandır.

General-mayor Hatəmi dünyanın hazırkı mürəkkəb durumuna işarə edərək, deyib: Terror qrupları Suriya ərazisinin 90%-ni ələ keçirməyi bacarmışdılar. Amma, Suriya xalqı, dövləti və silahlı qüvvələri habelə, Suriyanın dostları o cümlədən İran, Rusiya və Livan Hizbullahı vəziyyətə müdaxilə edərək, Suriyanın böyük bir hissəsini terrorçuların işğalından azad etməyi bacardı. İranın müdafiə naziri əlavə edib: Çinin beynəlxalq arenada Suriya hökumətini dəstəkləməsi təsirli olub və bu gün terrorçular tam məğlub olmaq ərəfəsindədirlər.

General-mayor Hatəmi və Janq Youşiya həmçinin, İran və Çinin sülh, sabitlik və təhlükəsizliyin bərqərar edilməsi üçün regional əməkdaşlıqları haqda da danışıqlar aparıb, iki ölkə arasında əldə olunmuş anlaşmaların icrasına təkid ediblər.

İranın müdafiə naziri cümə günü də Pekində Çinin müdafiə naziri ilə görüşüb, danışıqlar aparmışdı.

Teqlər