Sen 09, 2018 17:38 Asia/Baku
  • Sepah terrorçulara qarşı raket hücumu barədə bəyanat verib
    Sepah terrorçulara qarşı raket hücumu barədə bəyanat verib

İslam İnqilabının Keşikçiləri Korpusu(sepah) bir açıqlamada dünən bir terror qrupunun başçılarının yerləşdiyi məkana raket hücumunu şərh edib.

İslam İnqilabının Keşikçiləri Korpusunun açıqlamasında deyilir: Son aylar ərzində terrorçu qruplaşmaların İraqın Kürdüstan bölgəsindən İranın sərhəd bölgələrinə qarşı xuliqanlıqlarının ardınca , təcavüzkarların cəzalandırılması Sepahın gündəminə daxil oldu. Terrorçular son aylar ayrı-ayrı terror dəstələrini İran ərazilərinə göndərir, təxribatçı əməliyyatlar həyata keçirir, Qərbi Azərbaycan, Kürdüstan və Kirmanşah vilayətlərində əhalinin təhlükəsizlik və sakitliyini pozurdular. 

Açıqlamada deyilir: Bu qruplaşmaların başçılarının İraq Kürdüstanı bölgəsinin başçılarının  İranın terrorçulara qarşı əzmkarlığı və buna görə də İrana qarşı terror və təcavüzlərə son qoymaq  barədə ciddi xəbərdarlıqlarına etinasızlıqlarını nəzərə alaraq, Sepahın raket və PUA bölməsi dünən bir əməliyyatda cinayətkar və nəhs qruplaşmanın başçılarının iclas keçirdiyi və terrorçuların təlim aldıqları məkanı 7 ədəd qısa mənzilli quru-quru raketlə hədəfə aldı. 

İslam İnqilabının Keşikçiləri Korpusu açıqlamasında bildirir: Dəqiq məlumatlara görə, bu əməliyyatda İranın milli təhlükəsizliyinə qarşı məkirli plan mərkəzi məhv edilib, terrorçu qruplaşmanın başçıları və əsas ünsürlərindən ibarət onlarla adam ölüb və yaralanıb. 

İslam İnqilabının Keşikçiləri Korpusu həmçinin terrorçu qruplaşmalar, əks inqilabçılar və onların himayədarlarına xəbərdarlıq edib ki, onların xuliqanlığı davam edərsə daha ağır və dağıdıcı cavablar alacaqlar. 

Teqlər