Sen 16, 2018 21:48 Asia/Baku
  • İranın Xarici Əlaqələr Strateji Şurası sədrinin Çin rəsmiləri ilə görüşləri davam edir
    İranın Xarici Əlaqələr Strateji Şurası sədrinin Çin rəsmiləri ilə görüşləri davam edir

İran İslam Respublikasının Xarici Əlaqələr Strateji Şurasının sədri Çinə olan səfərinin davamında Şanxay Beynəlxalq Araşdırmalar Mərkəzində olub. Bu mərkəzin rəhbərliyi ilə görüşdə İran və Çin prezidentləri arasında imzalanmış birgə bəyanatın icra yolları barədə ətraflı müzakirələrin aparılması bir zərurət adlandırılıb.

Çin rəsmilərinin dəvəti ilə bu ölkədə səfərdə olan İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərrazi səfərinin davamında Şanxay Beynəlxalq Mütaliə Mərkəzində olaraq, bu mərkəzin rəhbərliyi ilə görüşüb, danışıqlar aparıb.

Kamal Xərrazi bu görüşdə İran və Çin prezidentlərinin birgə bəyanatına işarə edərək, bu bəyanatı ikitərəfli əlaqələrin genişləndirilməsi üçün önəmli baza adlandırıb və səfər zamanı bu bəyanatın icra yolları barədə danışıqların aparıldığını deyib: “Bu gün də İran-Çin əlaqələri daha da genişləndirilməlidir.”

İranın Xarici Əlaqələr Şurasının sədri İranın Çin və Rusiya ilə əlaqələrinin xüsusi əhəmiyyətə malik olduğunu bildirib və deyib: ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra problemləri həll etmək üçün danışıqlar ilə yanaşı, yaradıcılığa da ehtiyac var: “Yaxın Şərqdə cərəyan edən son hadisələri və Tehranın bu olaylar qarşısındakı siyasətlərini müzakirə etdik.”

Şanxay Beynəlxalq Mütaliə Mərkəzinin rəhbəri Yan Je Min də bu mərkəzi Çinin önəmli düşüncə mərkəzlərindən adlandırıb və deyib: Çinin strateji əhəmiyyətli siyasətləri burada araşdırılır və barəsində qərar qəbul olunur. O, İran və Çin prezidentləri tərəfindən imzalanmış birgə bəyanatın həyata keçirilməsi üçün iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında daha artıq iclasların keçirilməsini zəruri adlandırıb.

Tələbələr ilə görüş, tələbələrin suallarını cavablandırmaq və Çin Kommunist Partiyasının beynəlxalq məsələlər naziri ilə görüş Xərrazinin Çinə olan səfər proqraını təşkil edib.