Sen 20, 2018 19:58 Asia/Baku
  • Zəngənə: OPEK-in İranın milli maraqlarına qarşı olan istənilən qərarını veto edəcəyik

İranın neft naziri deyib: Neft İxrac Edən Ölkələr Təşkilatı OPEK İran İslam Respublikasının milli maraqlarına zidd olan hər hansı bir qərar qəbul edərsə, veto edəcəyik.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə OPEK və qeyri-Opek (JMMC) ölkələrinin neft ixracatının azaldılmasına dair anlaşmanın icrasına nəzarət üzrə müştərək nazirlər komitəsinin 23 sentyabrda Əlcəzairdə keçiriləcək iclası ərəfəsində "Plats" xeyriyyə müəssisəsi və "Bloomberg" xəbər agentliyi ilə müsahibədə OPEK-in neft ixracatının azaldılması və ABŞ-ın İranın neft sənayesinə qarşı sanksiyaları barədə İranın mövqeyini şərh edib. 

Zəngənə bu müsahibədə  OPEK və qeyri-Opek (JMMC) ölkələrinin neft ixracatının azaldılmasına dair anlaşmanın icrasına nəzarət üzrə müştərək nazirlər komitəsinin qanuni ixtiyarlara və hüquqi səlahiyyətə malik olmadığını bildirib və deyib: Bu komitə OPEK-in neft siyasətləri barədə qərar qəbul etmək haqqına malik deyil. 

İranın neft naziri Tehranın "Əməkdaşlıq Bəyannaməsi" ilə bağlı mövqeyinə gəlincə deyib: Bu bəyannaməyə əsasən ötən iki ildə OPEK-ə üzv olmayan iki ölkə yəni Rusiya və Meksika dünya bazarında neftin qiymətində sabitliyə nail olmaq üçün OPEK-ə kömək ediblər. Amma, "Əməkdaşlıq Bəyannaməsi"nin OPEK-i əvəz etməsi kimi bir durum yoxdur. 

Bijən Namdar Zəngənə OPEK-i ABŞ-ın qurbanına çevrildiyini deyərək, əlavə edib: OPEK-in iki üzvü İranın milli maraqlarına zərbə vurmaq üzrə ABŞ-ın siyasətlərinin icraçısına çevrilib. 

İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili də 16 sentyabrda deyib: Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri OPEK-i ABŞ-ın əlində bir alətə çevirməyə başlayıblar. Onların bu hərəkəti ilə OPEK artıq öz etibarını itirməyə başlayıb.