Sen 23, 2018 18:51 Asia/Baku
  • Sepah terrorçulardan sərt intiqamın alınmasına təkid edib
    Sepah terrorçulardan sərt intiqamın alınmasına təkid edib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah Əhvaz terror hadisəsilə bağlı başsağlığı verib, bu hadisədə şəhid olanların ailələrinin kədərilə bölüşərək, vurğulayıb ki, yaxın gələcəkdə terrorçular ölümcül və unudulmaz intiqamla üzləşəcəklər.

İslam İnqilabı Keşikçiləri Korpusu bu gün bir bəyanatda bildirib: Dünya imperializmi və region irticaçıları muzdurlarının Əhvazdakı terror cinayəti göstərdi ki, İranın qatı düşmənləri, xüsusən Qərb-ibri-ərəb şeytani üçbucağı İran xalqı ilə düşmənçilikdə əllərindən gələni əsirgəmirlər və hətta qadınları, uşaqları və günahsız əhalini belə, terror hücumlarına məruz qoymağa hazırdırlar.

Bu bəyanatda sonra deyilir: Terror cinayətlərinin törədilməsi İran hökuməti və xalqının İslam İnqilabının yüksək amallarına sədaqət, eləcə də öz şərəfli, izzətli və iftixarlı yollarının davam etdirilməsi sahəsindəki sadiq iradələri və əzmkarlıqlarına xələl gətirməyəcəkdir.

Teqlər