Sen 24, 2018 12:31 Asia/Baku
  • İnqilab Rəhbərinin nümayəndələri Əhvaz terror hücumunun yaralılarına baş çəkiblər
    İnqilab Rəhbərinin nümayəndələri Əhvaz terror hücumunun yaralılarına baş çəkiblər

İslam İnqilabının Böyük Rəhbəri tərəfindən Əhvaz terror hücumu şəhidlərinin dəfn mərasimində iştirak üçün dünən axşam Xuzistan vilayətinə daxil olmuş höccətulislam vəlmuslimin Mərvi və höccətulislam vəlmuslimin Rəhimiyan Əhvaz xəstəxanalarında bu cinayətin yaralılarına baş çəkiblər.

İslam İnqilabının Böyük Rəhbərinin nümayəndələri Vəliyye Fəqihin Xuzistan vilayətindəki nümayəndəsi və bir qrup vilayət rəsmilərinin müşayiət etdikləri bu görüşlərdə bu terror hücumunun yaralıları üçün sağlamlıq arzu edərək, onların müalicə prosesi ilə tanış olublar.

İslam İnqilabının Böyük Rəhbərinin nümayəndələri bu gün Əhvaz terror hücumu şəhidlərinin dəfn mərasimində də iştirak ediblər.