Sen 27, 2018 13:09 Asia/Baku
  • İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli iclası keçirilib

İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Astana prosesi və Tehran iclasının davamında Birləşmiş Millətlər Təşkilatının qərargahında görüşüblər.

Suriya böhranı üçün həll yolunun tapılması ilə bağlı olan bu görüşdə İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Mohəmməd Cavad  Zərif, Segey Lavrov və Mövlud Çavuşoğlu Suriya hadisələri ətrafında fikir mübadiləsi aparıblar.

Suriya böhranı ilə bağlı İran, Rusiya və Türkiyə xarici işlər nazirləri iclasının ilk dövrü, yəni Soçi ilcası 2017-ci il noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçirildi.

Bu iclasda Rusiya, Türkiyə və İran Suriya böhranının siyasi həlli prosesini, eləcə də bu ölkədə sabitlik və təhlükəsizliyin bərqərarına zəmanətçi dövlətlər kimi Suriyadakı daxili savaşın həl edilməsi prosesini araşdırıblar.

Soçi iclasında üç ölkənin Suriyadakı həmkarlığının davam etdirilməsi bu üç ölkənin prezidentləri tərəfindən vurğulandı və hər üç ölkə doqquz dövr Astana müzakirələrində təmin olunmuş və ötən ilin payızından Suriyanın döyüş olaylarında mühüm dönüş nöqtəsi yaratmış Suriyada həmkarlığa təkid etdi.

Astana müzakirələri formasında Tehran, Moskva və Ankara tərəfindən gərginlikdən uzaq məntəqələrin yaradılmasına zəmanətin verilməsi anti-İŞİD mübarizəsində və Suriyada döyüşlərin azalmasında böyük təsirə malik olaraq, Soçi iclasının keçirilməsilə nəticələnibdir.

Teqlər