Okt 04, 2018 13:14 Asia/Baku
  • İranın OPEK(OPEC)-dəki nümayəndəsi: OPEK-in baş katibi və sədri ABŞ-ın hörmətsizliklərinə qətiyyətlə cavab versinlər

İranın OPEK-in rəyasət heyətindəki nümayəndəsi deyib: Təşkilatın üzvləri OPEK-in baş katibi və dövri sədrindən ABŞ-ın hörmətsizliklərinə qətiyyətlə cavab vermələrini gözləyirlər.

İranın OPEK-dəki nümayəndəsi Hoseyn Kazempur Ərdəbili deyib: Amerika prezidenti Donald Tramp bəzi ölkələrin İran neftinin yerini tutmaq üçün əlavə həcmin yaradılmasındakı acizliklərindən olduqca əsəbidir və bu əsəbilik pis danışıq tərzi ilə neft hasilatını artırmamalarına görə, bir tərəfdən Ərəbistan kralına, digər tərəfdən də OPEK-ə bəyan edilir.

Tramp çərşənbə axşamı günü Ərəbistan kralına xəbərdarlıq edərək bildiribdir ki, ABŞ ordusunun himayəsi olmadan iki həftə belə hakimiyyətdə qalmayacaqdır.

Kazempur Ərdəbili əlavə edib: Dünya bazarlarında İran neftini əvəz etmək üçün yetərincə imkan yoxdur və Amerika prezidenti xalqlara qarşı sanksiya, aqressivlik və təhqirdən əl çəkməlidir.

Teqlər