Okt 18, 2018 18:23 Asia/Baku
  • İran Krım yarımadasında bir qrup günahsız insanın ölməsindən təəssüfləndiyini bildirib
    İran Krım yarımadasında bir qrup günahsız insanın ölməsindən təəssüfləndiyini bildirib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Krım Yarımadasında, Kerç şəhərində politexnik kollecində baş vermiş hadisədə bir qrup günahsız insanın ölməsindən təəssüfləndiyini bildirib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Bəhram Qasemi cümə axşamı Kerç şəhərində baş vermiş hadisə ilə əlaqədar hadisə qurbanlarının yaxınlarına başsağlığı verərək, onların kədərini bölüşüb.

22 yaşlı bir gənc çərşənbə günü əl qumbarası və odlu silah ilə Kerç şəhərində politexnik kollecinə hücum edərək, 19 nəfəri qətlə yetirib.

Hadisəni törədən şəxsin özü də bu kollecin məzunlarından olub və polis tərəfindən ələ keçirilməzdən öncə intihar edib.

Kerç şəhəri Krım Yarımadasının önəmli şəhərlərindən sayılır.

Teqlər