Okt 21, 2018 14:30 Asia/Baku
  • General Şekarçi: Raket İranın müdafiə qüdrəti üzrə əsas vasitələrdən biridir
    General Şekarçi: Raket İranın müdafiə qüdrəti üzrə əsas vasitələrdən biridir

İran Silahlı Qüvvələrinin baş sözçüsü deyib ki, düşmən raketi İranı silahsızlaşdırmaq üçün bir bəhanə qərar verib. O, vurğulayıb ki, raket İran İslam Respublikasının müdafiə qüdrəti üzrə əsas vasitələrdən biridir.

Briqada generalı pasdar Əbulfəzl Şekarçi IRNA ilə müsahibədə bildirib ki, İranın raket qüdrəti önləyicilik amilidir. O, deyib: Amerika öz hərbi silah və təchizatlarını daim ölkələrə qarşı təcavüzdə işlədir.

General Şekarçi İranın silahlı qüvvələrinin hər cür təhdid ilə mübarizəyə hazır olduğunu vurğulayaraq, əlavə edib: Düşmənlərin xəta etməyəcəkləri zamanadək İran öz raketlərindən istifadə etməyəcəkdir.

İran Silahlı Qüvvələrinin baş sözçüsü həmçinin deyib: İqtisadi müharibə düşmənlərin İrana qarşı son vasitəsidir. Onlar bu müharibədə öz hədəflərinə çatmaq üçün mediadan da istifadə edirlər.

General Şekarçi vurğulayıb: İranın xalqı və məsul şəxsləri düşmənlərlə iqtisadi savaşda sayıqlıq və proqramlaşdırma ilə qalib gələcəklər.