Okt 21, 2018 15:30 Asia/Baku
  • İranın Kermanşah vilayətində 42 minillik insan dişi aşkar edilib
    İranın Kermanşah vilayətində 42 minillik insan dişi aşkar edilib

Neandertal insana aid bir diş ilk dəfə İranın Kermanşah vilayətində aşkar edilib.

Kermanşahın "Baver Yuan" arxeoloji ərazisi üzrə arxeologiya heyətinin başçısı Saman Heydəri Qoran deyib: İlk dəfədir ki, bir neandertal insanın qalıqları qəti şəkildə İranda aşkar edilir.

Heydəri Qoran söyləyib: İranda aşkar edilmiş diş altı yaşlı bir uşağın süd dişidir. Bu diş elmi qazıntılar zamanı orta paleolit dövrünə aid olan daş alətlərlə yanaşı əldə edilib.

Bu arxeoloq əlavə edib: Bu diş sınaqlara əsasən, 42-45 min il yaşa malikdir.

İranda aşkar edilmiş dişin nadir süd dişlərindən olduğunu bildirən Heydəri Qoran daha sonra söyləyib: Bundan öncə İspaniya, Fransa və Almaniyada az sayda digər oxşar dişlər aşkar edilmişdi.