Noy 15, 2018 09:20 Asia/Baku
  • İran Amerika xalqının kədəri ilə bölüşüb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün səhər tezdən Amerikanın Kaliforniya ştatında baş vermiş və onlarla nəfərin həyatına son qoymuş, eləcə də maddi xəsarətlərə səbəb olmuş yanğın ilə bağlı təəssüf ifadə edərək, bu ölkənin xalqının və müsibət çəkən ailələrin kədəri ilə bölüşübdür.

Ötən cümə günündən başlanmış bu yanğın indiyədək əlli nəfərin həyatına son qoyub. Yanğın nəticəsində 228 nəfər də itkin düşübdür.

Bu yanğın həmçinin indiyə kimi 8800-dən çox mənzilin və ticarət binasının dağılmasına, eləcə də Kaliforniya ştatındakı meşələrdən 125 min hektar ərazinin məhv olmasına  bais olubdur.

Teqlər