Noy 17, 2018 10:34 Asia/Baku
  • İraq prezidenti Tehrana daxil olub
    İraq prezidenti Tehrana daxil olub

İraq prezidenti Bərhəm Saleh yüksək səviyyəli bir heyətə başçılıq edərək Tehrana daxil olub.

İRİB-in verdiyi məlumata görə, İraq prezidenti Bərhəm Saleh İrana iki günlük səfərində İran İslam Respublikasının prezidenti Həsən Ruhani və bir neçə digər rəsmilərlə görüşəcək, görüşlərdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək. 

Bu səfərdə İran və İraq rəsmiləri arasında bir neçə əməkdaşlıq sənədləri də imzalanacaq. Prezidentlərin birgə mətbuat konfransı keçiriləcək. 

Teqlər