Noy 17, 2018 21:13 Asia/Baku
  • İnqilab rəhbəri: Bədxahların planları ilə qarşılaşmaq yolu, İraqda milli birliyi qoruyub saxlamaqdır
    İnqilab rəhbəri: Bədxahların planları ilə qarşılaşmaq yolu, İraqda milli birliyi qoruyub saxlamaqdır

İslam inqilabının böyük rəhbəri İraq prezidenti ilə görüşündə bildiriblər: Problemlərə qalib gəlmək və bədxahların məkirli planları ilə qarşılaşmağın yolu, İraqda milli birliyi qoruyub saxlamaq dost və düşməni düzgün tanımaq, həyasız düşmən qarşısında dayanmaq, gənclərin gücünə arxalanmaq və mərcəiyyət ilə əlaqəni saxlamaq və gücləndirməkdan ibarətdir.

İslam İnqilabının böyük rəhəbri Həzrət Ayətullahül-üzma Xamenei bu gün İraq prezidenti və onu müşayiət edən heyətlə görüşündə İraqda parlament ,seçkilərinin və prezident və baş nazirin eləcə də digər vəzifəli adamların seçilməsinin uğurla bitməsindən və ölkədə stabilliyin bərqərar olunmasından razı qaldığını bildirərək vurğulayıblar: Bu gün İraq xalqı istibdad dövründən sonra ölkəsinə sahibdir, müstəqildir və səs vermək hüququ var, məhz buna görə də bəzi bədxah dövlətlər və ölkələr İraq xalqının bu qələbə və böyük nailiyyətin tamını dadmamasına, İraq və regionun sakitlik üzü görməməsinə cəhd göstərirlər.

Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Bu məkirli planlarla qarşılaşmağın yeganə yolu, ərəb, kürd, şiə və sünnidən ibarət bütün iraqlı qruplar arasında vəhdətin gücləndirilməsindən ibarətdir. 

İslam İnqilabının böyük rəhbəri xarici siyasətdə dost və düşmənin doğru-düzgün və dəqiq şəkildə ayırd edilməsinin son dərəcə önəmli olduğunu bildirərək xatırladıblar: Regionda və regiondan kənar  bəzi dövlətlər islama, şiə və sünniyə və İraqa qarşı kinəlidirlər və İraqın daxili işlərinə müdaxilə edirlər, onların qarşısında qüdrətlə dayanmaq lazımdır və həyasız və aşkar düşmən qarşısıdna dayanmaq xüsusunda heç cür mülahizəyə yol verilməməlidir. 

Həzrət Ayətullahül-üzma Xamenei İran və İraq arasında qarşılıqlı əməkdaşlıqlar xüsusunda bildiriblər: Əziz , güclü, müstəqil və inkişaf etmiş İraq İran üçün çox faydalıdır və biz iraqlı qardaşlarımızın kənarında qalacağıq. 

Həzrət Ayətullahül-üzma Xamenei dini təqlid mərcələri ilə əlaqələrin saxlanılması və gücləndirilməsinin vacibliyini vurğulayaraq bildiriblər: Mərcəiyyətlə əlaqə müxtəlif zamanlar və mərhələlərdə təyinedici və həlledici olacaq. 

İslam inqilabının böyük rəhbəri gənclərə arxalanmağın böyük işlərə zəmin yaratdığını bildirərək xatırladıblar: Gənclərə arxalanmağın böyük nəticələrinin bariz nümunələrindən biri təkfirçi terrorizm ilə mübarizədə Həşdüşşəbinin formalaşması idi və onu qorumaq lazımdır. 

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə İraq prezidenti Bərhəm Saleh də islam inqilabının böyük rəhbəri ilə görüşün onun üçün böyük fəxr olduğunu bildirərək deyib: Mən Tehrana bir aşkar müraciətlə gəlmişəm və o da bundan ibarətdir ki, İran və İraq xalqlarını biri birinə bağlayan amillərin tarin tarixdə kökü var və dəyişməzdir. 

Bərhəm Saleh ərbəin günlərində İmam Hüseynin(ə) zəvvarlarına xidmətin İraq dövləti və xalqı üçün iftixar olduğunu bildirib və İraqın Səddam istibdad rejimi ilə eləcə də təkfirçi terrorizm ilə mübarizə dövrlərində İranın dəstəklərini və yardımlarını unutmayacağını bildirərək deyib: Biz mərcəiyyətin hikməti, tədbiri və zəkasını İraqın stabilliyi, sakitliyi və tərəqqisi üçün böyük nemət hesab edirik.