Noy 18, 2018 10:11 Asia/Baku
  • İraqçı: Amerika təcrid olubdur
    İraqçı: Amerika təcrid olubdur

İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini İspaniyanın ABC qəzeti ilə müsahibədə qeyd edib ki, Amerika birtərəfli şəkildə nüvə anlaşmasından çıxandan sonra təcrid olubdur.

Seyid Abbas İraqçı bildirib ki, ABŞ prezidenti Donald Tramp hələ də uğursuz bir təcrübəni izləyir. O, qeyd edib ki, Vaşinqtonun sanksiyaları bəlkə ağır xərclərə səbəb olmuş olsun, amma İranın siyasətlərini əsla dəyişməyəcəkdir.

İran xarici işlər nazirinin siyasi müavini əlavə edib: Amerikanın keçmiş dövləti İrana qarşı kəskin sanksiyalar tətbiq etmişdi, amma sonda masa arxasında oturmağa məcbur oldu.

İraqçı sionist rejimin İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olmamasına dair puç iddialarına da toxunub və bildirib ki, sionist rejim yalan deməkdə mahirdir.

İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini belə qeyd edib: Atom Enerjisi üzrə Beynəlxal Agentlik indiyədək on üç hesabatda İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğunu təsdiq edibdir.