Noy 21, 2018 19:06 Asia/Baku
  • Ruhani: İran kütləvi qırğın silahları və terrorizm ilə mübarizənin ən əsas iddiaçısıdır
    Ruhani: İran kütləvi qırğın silahları və terrorizm ilə mübarizənin ən əsas iddiaçısıdır

İran İslam Respublikası prezidenti deyib: İran terrorizm və kimyəvi silahların ən əsas qurbanı olaraq bu gün kütləvi qırğın silahları ilə mübarizənin ən əsas iddiaçısıdır.

Həsərn Ruhani bu gün nazirlər kabinetinin iclasında dünyanın müxtəlif ölkələrində çirkli pulların yuyulması növlərinə işarə edərək deyib: İran terrorçular vasitəsi ilə pulun köçürülməsi və onların müxtəlif maliyyə sistemlərindən istifadə etmələrinə mane olmaqda da iddialıdır. 

İİR prezidenti həmçinin İranın dünya səviyyəsində narkotiklərlə mübarizə sahəsində öncül ölkə olduğunu bildirərək deyib: İranın təhlükəsizlik və hərbi qüvvələrinin , islam inqilabı keşikçiləri korpusunun və səfərbər qüvvələrin şərq və qərb srhədlərində özlərindən göstərdikləri fədakarlıq və səylər göstərir ki, İran narkotiklər və bu fəaliyyət çərçivəsində çirkli pulların yuyulması ilə mübarizədə barışmaz mövqedədir, baxmayaraq ki, Əfqanıstan, Türkiyə və Avropada çirkli pulların yuyulması əməliyyatı həyata keçə bilər. 

Ruhani İran xalqının problemlərə qalib gələcəyini vurğulayaraq ABŞ başçılarına xitabən deyib: Amerikanlar bilsinlər ki, İran öz tərəqqi yolunu davam edir və sonda Amerikanı peşman edəcək. 

Teqlər