Dek 11, 2018 14:55 Asia/Baku
  • Müqəddəs Müdafiə dövrünün 72 şəhidinin cənazələri İrana köçürülüb
    Müqəddəs Müdafiə dövrünün 72 şəhidinin cənazələri İrana köçürülüb

Müqəddəs Müdafiə dövrünün 72 şəhidinin cənazələri Şələmçə sərhəd məntəqəsi vasitəsilə İrana köçürülüb. Son zamanlar aparılan araşdırmalar zamanı aşkar edilən bu şəhidlər xalq tərəfindən geniş formada qarşılanıb.

İRNA-nın məlumatına görə, bu şəhidlər Ramazan və Kərbəla-5 əməliyyatlarında, Müqəddəs Müdafiə dövrünün sonlarında şəhid olublar. Onların cənazələri təhqiqat qrupu tərəfindən İraq ərazisində aşkar edilib.

Bu şəhidlərin cənazələri Bəndər Abbasın Gəçin məntəqəsində, sünni bəsici əhalinin çiyinləri üzərində Şələmçə sərhəd məntəqəsi vasitəsilə İrana gətirilib.

Daxil olan məlumatlara görə, İraqın İrana qarşı 8 illik müharibəsində 230 mindən çox insan şəhid olub və çoxlu sayda da insan yaralanıb. Həmçinin, minlərlə nəfər itkin düşüb.

İraqın İrana qarşı müharibəsində ölkəyə təqribən bir trilyondan dollardan çox maddi zərər və ziyan da dəyib.