Dek 11, 2018 20:15 Asia/Baku
  • 4-cü Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik iclası - Tehran
    4-cü Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik iclası - Tehran

Tehranda keçirilən iki günlük 4-cü Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik iclası öz işini başa vurdu.

Xəzər dənizi

1991-ci ildən yəni, Sovet İttifaqının süqut etdiyi zamandan gündəmdə duran məsələ

 

1991-cii lə kimi Sovet İttifaqı Xəzərin şimal hissəsinə nəzarət edirdi və praktiki olaraq İran və Sovet İttifaqı bütün anlaşmalar, qərarlar və əməkdaşlıqları öz aralarında ikitərəfli anlaşma yolu ilə həyata keçirirdilər. Və Sovet İttifaqının müxtəlif konvensiyalara üzv olduğunu nəzərə alaraq, beynəlxalq öhdəliklər və konvensiyalar baxımından heç bir çətinliyimiz yox idi. 

Xəzərin hüquqi statusu ilə bağlı ciddi müzakirələrə 2010-cu ildən ən yüksək siyasi səviyyədə start verildi və əldə edilmiş anlaşma əsasında bir sıra protokollar nəzərdə tutulub. Və bu protokollar, barəsində ciddi araşdırmalara ehtiyaclıdır. 

 

2010-cu ildə Bakıda Xəzər dənizinin təhlükəsizliyinə dair əməkdaşlıq sənədinin imzalanması və ikinci iclasın Türkmənistanda, üçüncü iclasın isə Tehranda keçirilməsinin ardınca, hazırda 9 bənddən ibarət olan bu protokolun ilkin mətni hazırlanıb və hazırkı iclasda Xəzərin sahilində yerləşən 5 ölkənin nümayəndələri tərəfindən yekun olaraq təsdiq ediləcək.

 

Və Tehranda keçirilən 4-cü Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik iclası da elə bir şəraitdə keçirilir ki: "Xəzər dənizində dənizçiliyin təhlükəsizliyi mövzusu 2016-cı ildən Türkmənistanın təşəbbüsü ilə ciddi şəkildə izlənilməyə başlanıb. Beynəlxalq protokollar diqqət mərkəzində idi. Amma, Xəzər dənizinin qapalı bir dəniz olmasını nəzərə alaraq, qərara alındı ki, dənizçilik üzrə müzakirələr üçün özəl bir standart təyin edilsin və biz ötən iki gündə məsələnin külliyatı ilə bağlı anlaşmaya nail olduq. İndi də onun detallarını araşdırmaqla məşğuluq. İclasda iştirak edən nümayəndə heyətləri arasında yaxşı əməkdaşlıq müşahidə edilir. 

 

Protokollarda gündəmə gətirilən mövzuların dəqiq və texniki baxımdan araşdırılması prosesi bir qədər yavaş irəliləyişə malikdir.