Dek 11, 2018 20:43 Asia/Baku
  • Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı: İran il ərzində 40-50 raket sınağı həyata keçirir
    Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı: İran il ərzində 40-50 raket sınağı həyata keçirir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı İranın son ballistik raket sınağına dair yayılan xəbərlərə reaksiya olaraq deyib: Amerikalıların reaksiyası bu sınağın onlar üçün çox önəmli olduğuna dəlalət edir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, general-polkovnik Əmir Əli Hacızadə deyib: İran hər il 40-50 raket sınağı həyata keçirir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın birində Tvitterdə iddia etmişdi ki, İran son zamanlar orta mənzilli ballistik raket sınaqdan keçirib. Onun iddiasına görə bu raket müxtəlif başlıqları daşımağa qadirdir.

Pompeonun bu iddiasına cavab olaraq, İranın silahlı qüvvələrinin sözçüsü general Əbülfəzl Şekarçi deyib: İranın raket sınaqları və raket potensialı müdafiə xarakteri daşıyır və İran özünün raket potensialını artırmaq üzrə səylərini davam etdirəcək.

Teqlər