Dek 14, 2018 10:50 Asia/Baku
  • İran Netanyahunun sözlərinə reaksiya verib
    İran Netanyahunun sözlərinə reaksiya verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Sionist rejimin baş nazirinin cahillik və ya sayıqlamaqdan irəli gələn həyasızcasına və utancgətirici sözlərinin bəyanı, böyük bir ölkənin hərbi addımla təhdid edilməsi hesab olunur və bu məsələ mütləq hüquqi və beynəlxalq təşkilat və orqanlarda izləniləcəkdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən İran sədhədləri daxilində hərbi əməliyyatların keçirilməsinin ləğv olunmadığını bildirən sionist rejimin baş naziri Benyamin Netanyahunun ən son cəfəngiyyatına cavab olaraq, əlavə edib: İran elə bir hərbi-müdafiə qüdrətinə və xalq dayağına malikdir ki, bu küdurətli və militarist dardüşüncəlilərin qarışıq yuxularının çin olmasını həmişəki kimi mümkünsüz və onları bu xəstə və melanxolik cəfəngiyyatlar bəyan etmək imkanından peşiman edəcəkdir.

Qasemi sionist rejimin formalaşmasının kökü və mənşəyinin region ölkələrinə qarşı təcavüzə və onların hədələnmələrinə əsaslandığını bildirərək, deyib: Yaxın Şərqdə müxtəlif savaş və qırğının mənşəyi, eləcə də sabitlik və təhlükəsizliyin ən əsas pozucusu olan bu rejim utanmadan və yalandan regionun sabitliyi üçün nigarançılıq ifadə edir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran İslam Respublikası region təhlükəsizliyi, stabilliyi və sülhünü gücləndirmək, həmçinin inkişaf və rifahı yüksəltməklə bu xalqın və ölkənin bədxahlarının nəhs meylləri və firkirlərini təsirsiz edəcəkdir.

Teqlər