Dek 14, 2018 20:03 Asia/Baku
  • Vaezi: İran-Türkiyə münasibət və həmkarlıqları genişlənməkdədir
    Vaezi: İran-Türkiyə münasibət və həmkarlıqları genişlənməkdədir

İranın prezident administrasiyasının başçısı İran-Türkiyə əlaqələrini inkişafda olan strateji əlaqələr adlandırıb. O, iki ölkənin münasibət və həmkarlıqlarının hərtərəfli şəkildə möhkəmləndirilməsi və inkişaf etdirilməsini vurğulayıb.

Məhmud Vaezi və Türkiyənin maliyyə naziri Berat Albayrak bir görüşdə Tehran-Ankara iqtisadi əlaqə və əməkdaşlıqlarının genişləndirilməsi yolları barədə danışıblar.

İranın prezident administrasiyasının başçısı və Türkiyənin maliyyə naziri İran-Türkiyə münasibət və həmkarlıqlarının son illərdə müsbət və genişlənməkdə olduğunu bildiriblər. Onlar iqtisadi münasibətlərin daha da genişləndirilməsi zərurətinə və qarşılıqlı ticarət mübadilələri həcminin artırılması istiqamətində səyə təkid ediblər.

Teqlər