Yan 17, 2019 19:26 Asia/Baku
  • PressTV-nin aparıcısının qeyd-şərtsiz və dərhal azad edilməsinə təkid
    PressTV-nin aparıcısının qeyd-şərtsiz və dərhal azad edilməsinə təkid

İran İslam Respublikası Teleradio Təşkilatının Sərhədaşırı Yayım Xidməti bir bəyanat yayaraq, PressTV-nin aparıcısı Mərziyə Haşiminin dərhal və qeyd-şərtsiz olaraq azad edilməsini istəyib.

Melani Franklin

25 illik media fəaliyyəti və İranda yaşamaq

İngilis dilli radio. İngilis dilli Səhər və təsis edildiyi gündən PressTV kanalı

PressTV-nin aparıcısı. jurnalisti, sənədli film hazırlayanı və prodüseri

İslam İnqilabı ilə tanış olduqdan sonra İrana səfər və İslam dinini qəbul edib. Özünə yeni ad olaraq Mərziyə Haşimi adını seçib.

14 yanvarda ABŞ-ın Sant Luis şəhərinin hava limanında həbs edilib və Vaşinqtondakı zindanlardan birinə köçürülüb.

Peyman Cebelli: Bir jurnalist olaraq onun baxışları hamı üçün aydın idi. Onun qanunsuz şəkildə həbs edilməsinin səbəbini Mərziyə Haşiminin ABş-ın digər ölkələrdəki xüsusilə region ölkələrindəki zalımcasına rəftarlarını kəskin formada tənqid etməsi, ABŞ və region ölkələrinin habelə, İsrail rejiminin siyasətlərini tənqid atəşinə tutması və Qərbdə fəaliyyət göstərən İranofobiya cərəyanları ilə mübarizə aparması olduğunu düşünürük.

Deyilənlərə görə, ABŞ polisi bu müsəlman qadını həbs etdikdən sonra, onun hicabını əlindən alıb və ona tam örtünmək imkanı verməyən bir paltar veriblər.

Peyman Cebelli Trampın ötən bir neçə ildə İranda bir neçə ABŞ vətəndaşının casusluq ittihamı ilə həbs olunmasına reaksiya olaraq, bunu ABŞ-ı güzəştə getməyə məcbur etmək üçün vətəndaşlarının girov götürülməsi adlandırması və İngiltərənin Xarici İşlər Nazirliyinin İranda həbsdə olan ingilis casus Nazənin Zağərinin azadlığa buraxılmasına dair səylərinin ardınca Mərziyə Haşiminin həbs edilməsinin, qeyd olunan məsələlərlə bağlı İrana təzyiq göstərmək istiqamətində olması ehtimalına dair suala cavab olaraq deyib: Biz diqqətimizi onun tez bir zamanda azad edilməsinə və zindandakı vəziyyətinə yönəltməliyik.

Digər hadisələrlə əlaqəsinə gəlincə isə bunu zaman göstərəcək. Ona qarşı nə kimi bir ittihamın irəli sürülməsini gözləmək lazımdır. Ümumiyyətlə ABŞ hökumətinin onun həbsi ilə necə rəftar edəcəyini gözləməliyik. Heç şübhəsiz bu xüsusda əlaqədar rəsmilər cavabdeh olmalıdırlar. Amma, önəmli olan məsələ budur ki, Mərziyə Haşimi ötən 30-40 ildə aydın keçmişə malikdir. O, İslam İnqilabının ardınca islam dinini qəbul edib və yaşamaq üçün İrana gələrək, işləmək üçün media sahəsini seçib. Onun nə kimi bir baxışa malik olduğu tam aydındır. Buna görə də onun həbsini əsaslandırmaq üçün kənar izahata ehtiyac yoxdur.

PressTV-nin bildirdiyinə görə, əslən amerikalı olan Mərziyə  Haşimi Amerikaya olan səfərlərində daim xüsusilə hava limanlında təhlükəsizlik işçiləri tərəfindən pis rəftarın şahidi olmasından şikayətlənərdi. Amma, indiyə kimi onunla bu şəkildə rəftar edilməmişdi

Mərziyə Haşimi və övladı Rza Haşimi heç bir ittiham irəli sürülmədən ABŞ polisi tərəfindən həbs olunublar və saxlanıldıqları yerə dair də dəqiq məlumat verilmir.