Fev 16, 2019 10:04 Asia/Baku
  • Zərif və Moqerini Münhen konfransının kənarında görüşüblər
    Zərif və Moqerini Münhen konfransının kənarında görüşüblər

İranın xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Münhen təhlükəsizlik konfransının kənarında görüşüblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin dediyinə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bu görüşdə nüvə anlaşmasının son olayları, regional məsələlər və iki tərəfi maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Münhen təhlükəsizlik konfransı dünən axşam işə başlayıb. Bu üçgünlük konfransda ölkələrin prezidentləri, xarici işlər və müdafiə nazirləri və bəzi beynəlxalq təşkilatların rəsmiləri daxil olmaqla beynəlxalq, təhlükəsizlik və siyasi rəsmilər və şəxsiyyətlərdən yüzdən çox nəfər iştirak edir.

İranın xarici işlər naziri bundan öncə Münhen təhlükəsizlik konfransının kənarında Cənubi Koreyanın xarici işlər naziri ilə görüşüb.

Zərif Münhen təhlükəsizlik konfransında çıxışdan əlavə, onda iştirak edən bəzi rəsmilər və şəxsiyyətlərlə görüşlər  keçirəcəkdir.