Fev 19, 2019 10:49 Asia/Baku
  • Baqeri: İran raketlərinin diqqəti dünyada misilsi
    Baqeri: İran raketlərinin diqqəti dünyada misilsi

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, İran raketlərinin diqqəti dünyada misilsizdir. O, deyib: İran raketləri minimum xəta ilə hədəfə dəyirlər.

General-mayor pasdar Mohəmməd Baqeri Qom şəhərində yerləşən İmam Sadiq(ə) adına İslami Elmlər üzrə Tədqiqat Mərkəzində əlavə edib: İran raketi olan "Xürrəmşəhr" raketi son sınaqlarda 1300 kilometrlik məsafədə bir metrdən az xəta ilə hədəfə dəyib ki, bu məsələ dünyada misilsizdir.

General Baqeri İranın cənub-şərqində baş vermiş terror hücumuna da işarə edib: Regionun təhlükəsizliyinin davamlı olması istiqamətində bu kimi terror hücumlarının təkrar edilməsinin qarşısının alınması və onun amillərindən intiqamın alınması üçün lazımi tədbirlər görülübdür.