Fev 22, 2019 15:33 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Pakistan terroryetişdirmə bazasına çevrilməməlidir

Tehranın cümə namazı xitabətçisi İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində baş vermiş terror hücumuna işarə edərək, vurğulayıb: İran üçün qəbuledilməzdir ki, bir qonşu islami ölkə terroryetişdirmə bazasına çevrilmiş olsun.

Seyyed Mohəmməd Həsən Əbutorabifərd Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, Pakistanın öz qonşuları üçün çətin şərait yaratması yaraşmaz bir hərəkətdir. O, deyib: Pakistan özünün bu hərəkətnin bahasını ödəməlidir.

Əbutorabifərd vurğulayıb: Müsəlman bir ölkə kimi Pakistan dövlətindən gözlənilir ki, öz keçmiş rəftarını düzəldərək, qardaşlıq prinsiplərinin davam etməsi üçün şərait yaratsın.

Fevralın 13-ü günü gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı.

“Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürübdür.

Tehranın cümə namazı xitabətçisi həmçinin bildirib ki, İran İslam İnqilabı amallara qırxillik sədaqət baxımından müstəsnadır. O, deyib: İran qırx il ərzində İslam və İnqilab əsasında dayanıb və öz son dərəcə sıçrayışlı yolunu davam etdirir.