Fev 27, 2019 17:26 Asia/Baku
  • Zərif İranın xarici işlər naziri olaraq qalacaq
    Zərif İranın xarici işlər naziri olaraq qalacaq

İran İslam Respublikasının xarici işlər naziri ölkə prezidenti Həsən Ruhaninin onun istefası ilə müxalifət etməsinin ardınca, xarici işlər naziri vəzifəsində qalacağından xəbər verib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü İnstaqramda paylaşdığı yazıda xarici işlər naziri olaraq xarici siyasətdə uğur qazanmaq və Xarici İşlər Nazirliyinin etibarını artırmaq habelə, beynəlxalq arenada İran xalqının hüquqlarını və milli mənafeyini müdafiə etməkdən başqa hansısa qayğıya malik olmadığını bildirmişdi.

Zərif həmçinin dedi: Ümidvaram İranın Xarici İşlər Nazirliyi hamının əməkdaşlığı və yekdilliyi habelə, İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikası prezidentinin müdrikliyi və nəzarəti ilə konstitusiya əsasında üzərinə düşən məsuliyyətlərə habelə, ölkə qanunları və quruluşun makro siyasətləri əsasında təyin edilmiş hədəflərə gedən yolda qətiyyətli davrana bilsin. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü İnstaqramda paylaşdığı yazıda istefa verdiyini bildirmişdi. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı məktubda onun istifasını qəbul etmədiyini və onun istefasının ölkənin maraqlarına zidd olduğunu bildirib. 

Teqlər