Mart 09, 2019 20:14 Asia/Baku
  • İran narkotiklərlə mübarizədə dünyada birincidir
    İran narkotiklərlə mübarizədə dünyada birincidir

Moskvada səfərdə olan İranın narkotiklərlə mübarizə qərargahının baş katibi general Möminin Rusiyanın Şərqşünaslıq İnstitutunda qərb ölkələri nümayəndələrinin də iştirak etdiyi toplantıda İran İslam Respublikasının narkotiklərlə mübarizə sahəsindəki uğurlarına işarə edərək, Qərb və Avropanın bu mübarizədə üzərinə düşən öhdəliklərə əməl etməsini istədi.

İran İslam Respublikasının narkotiklər mübarizə qərargahının baş katibi general Mömini Moskvadakı görüşlərinin davamında Şərqşünaslıq İnstitutunda olaraq, bu mərkəzin rəhbərliyi və mütəxəssisləri ilə fikir mübadiləsi aparıb. Bu toplantıda bir neçə Avropa ölkəsinin nümayəndəsi və narkotiklərlə mübarizə rəsmisi də iştirak edirdi.

General Mömini: “İran İslam Respublikası narkotik maddələrin tranzit edilməsini önləmək üçün ölkənin şərq sərhədlərindəki giriş və qərb sərhədlərindəki çıxış nöqtələrini bağlamaq üçün il ərzində 1 milyon dollar vəsait xərcləyir. Bu gün terrorizm və narkotiklər arasında sıx bağlar mövcuddur. Və bir-birinidən ayrı deyillər.”

İranın narkotiklərlə mübarizə qərargahının baş katibi əlavə etdi: “İran il ərzində 800 ton narkotik vasitə aşkar edir. Əgər İran bu məsələdə səhlənkarlıq edərsə, xüsusilə Qərb ölkələrinə tranzit edilən narkotiklərin həcmi artacaqdır.”

Rusiya rəsmisi: “İran narkotiklərlə mübarizədə dünyada birinci ölkədir. Amma, bu kafi deyil. Avropalılar bu mübarizədə üzərlərinə düşən payı İrana ödəməlidirlər. Heç bir ölkə polisi narkotiklərlə mübarizədə İran polisi qədər fədakarlıq etmir.”

General Mömini bu iclasda iştirakçıların suallarını cavablandırmaqla yanaşı, İranın narkotiklərlə mübarizədə 3800-dən çox şəhidin verilməsi ilə əldə edilən dəyərli təcrübələr və nailiyyətlərdən söz açaraq, digər ölkələr xüsusilə də Qərb dövlətlərinin bu beynəlxalq mübarizədə üzərlərinə düşən öhdəliyə əməl etmələrini istəyib.

İranlı rəsmi: “Qarşılıqlı etimad əsasında kollektiv bir əməkdaşlığa nail olmaq üzrə yaxşı əzmkarlıq var. Keçmişdə müxtəlif məsələlərlə bağlı Rusiya ilə yaxşı əməkdaşlıqlarımız olub və indi də bu qlobal problem ilə mübarizədə birgə əməkdaşlığa ümidvarıq.”

General Mömini bu toplantıda həmçinin, İranın şifahi tərif və alqışlara ehtiyaclı olmadığını deyərək, Qərb və Avropa ölkələrinin narkotiklərlə mübarizəyə daha məsuliyyətli yanaşmalarını istəyib.

 

 

 

Teqlər