Mart 26, 2019 10:53 Asia/Baku
  • İİR XİN xarici qüvvələrin Yəmənə təcavüzlərinin 4-cü ildönümü günü ilə bağlı bəyanat verib
    İİR XİN xarici qüvvələrin Yəmənə təcavüzlərinin 4-cü ildönümü günü ilə bağlı bəyanat verib

İranın Xarici İşlər Nazirliyi səudiyyənin başçılığı altında olan koalisiya qüvvələrinin Yəmənə qarşı təcavüzünün ildönümü günündə bu aşkar təcavüzü pisləyib və Yəməndə savaşa və qan axıdılmasına son qoyulmasını istəyib.

Bəyanatda deyilir: İranın Xarici İşlər Nazirliyi vurğulayır: Yəmən xalqına qarşı uğursuz təcavüz və savaşdan elə bir halda dörd il keçir ki, beynəlxalq rəsmilər və təşkilatların etiraflarına görə, 24 milyondan çox yəmənli köməyə ehtiyac duyur və on beş milyon nəfərdən çox insan da pis qidalanmaya düçar olubdur.

İran Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin deyilir: İran İslam Respublikası Yəmən böhranının siyasi həll yoluna söykənən öz prinsipial siyasəti istiqamətində bütün yəmənli siyasi qruplar arasında siyasi anlaşmaya, Yəmən xalqına qarşı zalımcasına insani və iqtisadi mühasirənin aradan qaldırılmasına, həmçinin hər cür tam və hərtərəfli atəşkəsə öz dəstəyini elan edərək, dünya ictimaiyyətini uşaq və qadınlar xüsusiyyət təşkil etməklə Yəmən xalqının əzab-əziyyətlərinin azaldılması üzrə səylərini himayə etməyə çağırır.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bir daha 2018-ci il Stokholm razılaşmalarını himayə edərək, Yəmən böhranında təsirli olan ölkələrdən istəyir ki, əldə olunmuş razılaşmaların tam şəkildə icrası üçün lazımi zəminləri yaratsınlar və ümid edir ki, Stokholm razılaşmalarının tam şəkildə icrası Yəmən böhranının yekun həlli istiqamətində atılan ilk addım olacaqdır.

Yəmənin səhiyyə nazirliyi səud koalisiyasının başladığı müharibənin dördüncü ilinin sonunda bildirib: Dörd il müharibədə 12 min yəmənli öldürülüb, təqribən 26 min nəfər də yaralanıbdır. Bu miqdarın 6361 nəfərini uşaq və qadınlar təşkil edirlər.

Teqlər