Apr 14, 2019 17:38 Asia/Baku
  • Zərif: ABŞ-ın Sepah-a qarşı qərarının təhlükəli nəticələri olacaq
    Zərif: ABŞ-ın Sepah-a qarşı qərarının təhlükəli nəticələri olacaq

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı qərarının son dərəcə təhlükəli nəticələrinin olacağına dair xəbərdarlıq etdi.

Məhəmməd Cavad Zərif bazar günü İran İslam Respublikasının ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı son qərarı ilə bağlı reaksiyası haqda dedi: İlk olaraq İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq, ABŞ-ın Asiyanın qərbindəki baş qərargahını (CENTCOM) və onun tabeliyində olan qüvvələri terrorçu və ABŞ dövlətini də terrorizmi himayə edən rejim kimi tanıdı.

İranın xarici işlər naziri daha sonra dedi: İranın Xarici İşlər Nazirliyi də BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasına məktub göndərərək, ABŞ-ın Sepah-la bağlı qərarının qeyri-qanuni olduğunu və Vaşinqtonun regionla bağlı  yanlış siyasət yürütdüyünü elan etdi.

Teqlər