Apr 15, 2019 17:58 Asia/Baku
  • 
General Fədəvi: Amerikanın hiddəti İranın qüdrətindən xəbər verir
    General Fədəvi: Amerikanın hiddəti İranın qüdrətindən xəbər verir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah komandanının koordinator müavini deyib: Amerikanın yeni şeytani hərəkətləri İranda İslam İnqilabı Keşikçiləri Korpusu ilə digər məcmuələr arasında daha artıq həmrəyliyə səbəb olubdur.

Briqada generalı pasdar Əli Fədəvi bu gün Tehranda keçirilən bir konfransda əlavə edib: Amerikanın dövlət katibi zəif bir mövqedə və oz düşmənçiliklərinin davamında İrandan Venesuelaya birbaşa hava reysinin fəaliyyətindən hiddət ifadə edibdir ki, bu məsələ İran İslam Respublikasının qüdrətindən mənşə alır.

General Fədəvi sonra deyib: Bu gün bir çox kiçik ölkə də Amerika ilə müxalifdir və beynəlxalq təşkilatlarda Amerikanın əleyhinə səs verir.

Sepah komandanının koordinator müavini söyləyib: Hazırda Livan Hizbullahı qüvvələrindən on minlərlə nəfər işğal olunmuş Fələstin əraziləri boyunca yerləşib və bu məsələ heç vaxt amerikalılar üçün həzmolunası deyildir.

Teqlər