Apr 30, 2019 17:51 Asia/Baku
  • Musəvi: İran Əfqanıstandakı sülh dialoqları prosesinə dəstək verir
    Musəvi: İran Əfqanıstandakı sülh dialoqları prosesinə dəstək verir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası Əfqanıstanda davamlı təhlükəsizlik, sabitlik və sülh naminə hər cür dialoq və prosesi himayə edir.

Seyyed Əbbas Musəvi bu gün Kabildə Əfqanıstan "Sülh Loye Cərgəsi"nin açılışına işarə edərək, əlavə edib: İran bu ölkədə davamlı təhlükəsizlik, sabitlik və sülhün bərqərarını istəyir.

Əfqanıstan sülh məşvərət Loye Cərgəsinin dördgünlük iclası bazar ertəsi günündən bütün Əfqanıstandan olan 200-dən çox qonağın və 3200 seçilmiş nümayəndənin iştirakı ilə başlanıbdır.

Əfqanıstan sülh məşvərət Loye Cərgəsinin iclası elə bir halda başlanıbdır ki, bir çox siyasi sima, o sıradan milli birlik hökumətinin icra başçısı Abdullah Abdullah Loye Cərgəni boykot edərək bildiribdir ki, bu iclasda iştirak etməyəcəkdir.

Teqlər