May 17, 2019 09:51 Asia/Baku
  • Zərif: İran Amerika ilə müzakirəyə meylli deyil
    Zərif: İran Amerika ilə müzakirəyə meylli deyil

İran İslam Respublikasının xarici işlər naziri Tokioda Yaponiyanın Kiodo xəbər agentliyi ilə müsahibədə deyib: İran Amerikanın nüvə anlaşmasından çıxmasından və Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra bu anlaşma barədə Vaşinqton ilə yenidən müzakirəyə meylli deyildir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerikanın Tehrana qarşı sanksiyalara sadiq qalmaları üçün digər ölkələrə təzyiq göstərməsinə işarə edərək, əlavə edib: Tarixdə ilk dəfədir ki, bir quldur digər ölkələri öz təxribatçı hərəkətlərinin ardınca getməyə məcbur edir və bu məsələyə sadə dildə "iqtisadi terrorizm" deyirlər.

Zərif habelə bu müsahibədə öz öhdəliklərinə əməl etmədikləri üçün nüvə anlaşmasının avropalı tərəflərini və İranın nüvə anlaşmasına sadiq qalmasına rəğmən, Tehranı sanksiya etməkdə Amerikanı müşayiət etdiyinə görə, Yaponiyanı tənqid edibdir.

Həmçinin İranın xarici işlər naziri hazırkı şəraitdə iranlı və amerikalı məhbusların mübadiləsi üçün imkanın olmadığını bəyan edərək, söyləyib: Amerika bu məsələ üçün nəməlum önşərtlər irəli sürüb, halbuki Vaşinqton Tehran üçün önşərt təyin etmək şəraitinə malik deyildir.

Zərif Türkmənistan və Hindistana səfərlərdən sonra öz yapon həmkarı Taro Kononun dəvətinə cavab olaraq, dünən Tokioya daxil oldu. O, Yaponiyanın xarici işlər naziri ilə görüşdən əlavə, bu ölkənin baş naziri Şinzo Abe ilə də görüşərək, onunla danışıqlar aparıbdır.

İranın xarici işlər naziri bir neçə Asiya ölkəsinə səfərlərinin davamında bu gün Çinə səfər edəcək.

Teqlər