İyun 03, 2019 17:22 Asia/Baku
  • Musəvi: ABŞ-ın Çinlə ticarət savaşı bir növ iqtisadi terrorizmdir
    Musəvi: ABŞ-ın Çinlə ticarət savaşı bir növ iqtisadi terrorizmdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın Çinlə ticarət savaşını pisləyərək, Vaşinqtonun Pekinə qarşı bu hərəkətini bir növ iqtisadi terrorizm adlandırıb.

Seyyed Əbbas Musəvi bu gün müxbirlər qarşısında deyib: Ötən aylarda ən mühüm beynəlxalq problemlərdən olmuş Çin-Amerika ticarət savaşı müəyyən miqyas və nəticələrə malikdir və bu iki ölkənin qarşılıqlı əlaqələr səviyyəsindən daha irəli gedə bilər.

Musəvi əlavə edib: Statistikalar və analizlərə əsasən, Amerikanın Çinlə ticarət savaşı qarşıda duran iki il ərzində dünyanın ümumi daxili istehsalını 600 milyard dollarədək azalda bilər ki, bu addım dünya səviyyəsində həyat standartlarının və rifahın azalmasına, yoxsulluğun isə genişlənməsinə bais olacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika hökumətinin beynəlxalq anlaşmalardan çıxmaq üzrə gərginlik və böhran yaradan rəftarına işarə edərək, deyib: Amerikanın başqalarına qeyri-adi xərclər qəbul etdirmək yolu ilə öz keçmiş yerini qorumağa çalışması məğlubiyyətə məhkumdur.

Musəvi vurğulayıb: Amerika hökumətinin beynəlxalq proseslər barədəki münasibəti ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir.

Amerika prezidenti Donald Tramp cari ilin mayında Çini öz zənnincə, öncəki müzakirələr gedişində əldə olunmuş öhdəliklərdə yalançılıqda ittiham, sonra isə dərhal Çin mallarına 200 milyard dollar rüsum tətbiq etdi.

Tramp iddia edir ki, Çin rüsumların xərcini ödəyəcək və Amerika hökumətinin gəlirinin artmasına səbəb olacaqdır. Amma bu xərclər real surətdə idxalatçılar və istehlakçılar tərəfindən ödəniləcəkdir.

Teqlər